Rəqsanə yeni sevgilisini üzə çıxarmaqdan qorxur AÇIQLAMA

"...və sonra onun əzabını çəkirəm"
Rəqsanə yeni sevgilisini üzə çıxarmaqdan qorxur AÇIQLAMA

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova şəxsi həyatı ilə yenidən gündəmə gəlir. İfaçının SİA-ya verdiyi məlumata görə, o, yeni və onu çox xoşbəxt edən sevgilisini üzə çıxarmaqdan çəkinir: "Bundan öncə lazımsız insanları o qədər tərifləyib layiq olmayan yerə qoymuşam ki, indi lazım olan həmin şəxsi üzə çıxarmaqdan qorxuram. Bundan öncə etdiyim etiraflar, nümunə göstərdiyim o insanlar məni peşman etdiyi üçün artıq tamaşaçılarımdan utanıram. Bir daha o ürək dolu sözlərimi deməyə çəkinirəm, qorxuram. Ancaq bir sözlə kifayətlənirəm, yaxşı ki, bu insan mənim qarşıma çıxdı. Kaş bir az tez gələrdi. Mən də bu qədər səhv etmiş olmazdım".

Rəqsanə sadəlövh olduğu üçün özünü qınadı: "Məsələ burasındadır ki, maskalanmış insanların əsl simasını görmək çox çətindir. Mən tamamilə başqa xüsusiyyətə sahib insanam. Mən başqalarının şirin dilinə çox tez inanıram və sonra onun əzabını çəkirəm. Mən heç vaxt hər hansı bir qadının bədbəxtliyini istəmərəm. Düşmənim belə olsa, yenə də xoşbəxt görmək istəyərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə