Məşhur top-stilistdən fərqli layihə

Məşhur top-stilistdən fərqli layihə

Bakıda vizaj ustalının müsabiqəsində münsif kürsüsundə iştirakçıları qiymətləndirən tanınmış stilist Anar Ağakişiyev müsabiqə üçün xüsusi kolleksiya hazırlayıb. SİA-nın məlumatına görə, Anarın "TAC" adını verdiyi kolleksiyası maraqla qarşılanıb.

Təbii saçlardan hazırladığı baş karkaslarının fərqli makiyajla tandemini yaradan Anarin kolleksyiasi hamının diqqətini çəkib.

Qlobus formasında üzəri isə xüsusi led işıqlarla bəzədilmiş saç düzümü isə stilistin ən maraqlı işlərindən sayıla bilər. Belə ki, saç düzümünün üzərində işıqlardan Azərbaycanın xəritəsi əks olunub.

Bir aya yaxın sözügedən kolleksiya üzərində çalışan Anar yaxınlarda daha bir səs küylü layihəsini təqdim etməyə hazırlaşır.

Bununla yanaşı Şəkinin regional televiyizası "Kanal S"də "Dəbin hökmü" proqramını aparan stilist yeniliklərini sözügedən proqramda da təqdim etməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə