Paytaxtın dəbdəbəli məkanlarının birində dünyanın ən nüfuzlu brendlərindən olan "Dior" kosmetoloji məhsullar şirkəti müsabiqə keçirib. SİA-nın məlumaına görə, brendin məhsullarından istifadə olunaraq makiyaj rəssamları öz əl işlərini nümayiş etdiriblər.
Müsabiqədə makiyaj rəssamlarının modellər üzərində çəkdikləri qeyri-adi rəsmlərin yarışı keçirilib. İştirakçılara qiymət verən münsiflər heyəti isə xalq artisti Aygün Kazımova, tanınmış teleaparıcı Nərgiz Cəlilova, top-stilist Anar Ağakişiyev, modelyer Leyla Əhmədova və ötən ilin qalibi Yelena Suvorova iştirak edib.
Biri-birindən maraqlı işlərin təqdim edildiyi mərasimdə hər bir vizajist xanım rəqibindən daha gözəl makiyaj etməyə çalışıb. Bütün makiyajlar "Dior" evinə məxsus idi. Hər bir kosmetik ləvazimat da eyni firmanın məhsulu idi.
Finala 30 nəfər iştirakçı arasından 5 nəfər vəsiqə qazanıb. Müsabiqənin qalibi isə vizajist Sabina Karamışeva olub. Səbina xanım Parisdə ixtisasartırma kurslarında iştirak etmək hüququ qazanıb.
Bakıda vizaj ustalının müsabiqəsində münsif kürsüsundə iştirakçıları qiymətləndirən Anar Ağakişiyev də müsabiqə üçün xüsusi kolleksiya hazırlayib.
Anarın "TAC" adını verdiyi kolleksiyası maraqla qarşılanıb. Təbii saçlardan hazırladığı baş karkaslarının fərqli makiyajla tandemini yaradan Anarin kolleksiyası hər kəsin diqqətini çəkib.
Mərasimdə ekstravaqant saç düzümülərində olan modellər modelyer Leyla Əhmədovanın kolleksiyasında yer alan geyimlərdə podiuma çıxıb.
Tanımış simalardan - əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, müğənnilər Nura Suri, Dilarə Kazımova, İlqarə İbrahimli, teleaparıcı Rüfət Ağayev, stilist Fuad Hacıyev və digər qonaqların iştirak etdiyi mərasimdə möhtəşəm şou nömrələri də nümayiş olunub.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB