Yıldız Tilbe azərbaycanlı müğənniyə "Əmanət"ini verdi

Yıldız Tilbe azərbaycanlı müğənniyə "Əmanət"ini verdi

Gənc müğənni Rövşən Civişov Türkiyənin məhşur bəstəkar-müğənnisi Yıldız Tilbe ilə işbirliyinə başlayıb. Belə ki, qardaş ölkənin səsyazma studiyalarından birində Rövşənin səsini eşidən Yıldız Tilbe onu çox bəyənib. Türk müğənnisi bizim ifaçı ilə tanış olmaq istəyib və onların görüşü bir neçə gündən sonra baş verib.

Tilbənin Rövşənin səsindən təsirlənməsi isə Civişova ikiqat sevinc bəxş edib. Yıldız Rövşənə yeni bəstələrəindən birini hədiyyə edib. Konkret desək Türkiyənin məhşur bəstəkar-müğənnisi Rövşən Civişova "Əmanət"ni bağışlayıb.

Rövşənin sözlərinə görə, gələcəkdə Yıldız Tilbe ilə yaradıcılıq işlərinin davam etdirilməsi də nəzərdə tutulub. Rövşən eyni zamanda albom üzərində də çalışdığını da açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə