Azərbaycanlı müğənni bunu qəbul etdi...

Azərbaycanlı müğənni bunu qəbul etdi...

"Yeni ulduz" finalçısı Zəka Zeynalovun "Ölüb-ölüb dirilirəm" klipi Türkiyənin TMB (Türkiyə musiqi Birliyi) kanalında yayımlanmağa başlayıb.

Zəkanın SİA-ya verdiyi məlumata görə, TMB-də nümayişdən sonra gənc azərbaycanlı müğənni türk musiqi şirkətlərindən dəvətlər alıb.

Səsi və ifası ilə türk musiqi şirkətlərinin diqqətini çəkən Zəka təklifləri dəyərləndirəcəyini bildirib: "Doğrusu, klipimin belə uğur qazanması gənc azərbaycanlı müğənni olaraq məni çox sevindirdi. Bu klipin yayımından sonra Türkiyənin tanınmış musiqi şirkətlərindən əməkdaşlıq təklifləri aldım. Artıq bu istiqamətdə işə başlamaq niyyətindəyəm. Çünki Azərbaycan musiqisinin ölkədənkənar tanınması, təbliği və təmsil olunması mənim çoxdankı arzum idi. Sadəcə, bu əməkdaşlıqla bağlı müqavilənin şərtlərini götür-qoy edirik. Əgər şərtlər bizi qane etsə, yaxın zamanlarda əməkdaşlıq baş tutacaq".

Sözügedən klipi aşağıdakı videoda izləyə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə