Noyabrın 22-də Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun doğum günüdür.
Həmin gün Heydər Əliyev Sarayında "Fikrət Əmirov-90" musiqi festivalının təntənəli açılışı və qala-konsert olacaq. Dövlət səviyyəsində keçiriləcək tədbirdə Azərbaycanın və Dağıstanın xalq artisti, görkəmli sənətkar İlhamə Quliyeva da çıxış edəcək.
Bu barədə SİA-ya müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə xanım Dövlət Orkestrinin müşayiəti ilə bəstəkarın mahnılarını canlı ifa edəcək.
Xatırladaq ki, Fikrət Əmirov İlhamə xanımın səsi üçün bir sıra silsilə mahnılar bəstələyib: "Mən səni araram", "Neyləmişəm", "Toy", "Gülərəm gülsən", "Göygöl", "Gülür ellər" və s. Bu mahnılar uzun illərdir hitə çevrilib və hələ də müğənninin repertuarını bəzəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB