Azərbaycan estradasının məşhur müğənnisi Röya Ayxan repertuarında dəyişlik edib. O, məşhur aparıcı-bəstəkar Murad Arifin ərsəyə gətirdiyi "Həyata ikinci dəfə gəlsəydim" adlı mahnı elektron versiyada ifa edib.
Murad Arifin SİA-ya verdiyi məlumata görə, mahnı onun bəstələdiyi "Almalarınla" və "İstanbul" mahnıları ilə bir ildə yazılıb: "Bu mahnını neçə vaxtdır saxlayırdıq. Oranjeman Emin Kərimlinindir. Mahnı tezliklə həzin variantda da çıxacaq. Röya ilə işləməkdən şadam. O da hemçinin! Söz veririk ki, əməkdaşlığımız bir mahnı ilə bitməyəcək. Röya bir müğənni kimi mənə çox maraqlıdır. O sözün yaxşı mənasında deliliklər etməyə hazırdir. Mənim də onun üçün dəlisov ideyalarım var.
Beləliklə, 2013 cü ildə bizim əməkdaşlığımızı gözləyin. Mahnılar Röya dinləyiciləri üçün gözlənilməz və fərqli olacaq. Röyanı elektron tərzə daha çox yönəltmək istəyirəm. Düşünürəm onun fanatları buna hazırdır...
Bu mahnının musiqisini 2008-ci ildə sözlərini isə 2012-ci ildə yazdım. Hərdən buraxmamaq və itirməmək üçün ikinci şans istəyirəm. Mən belə hesab edirəm ki, bu mənim üçün en güclü movzularımdan biridir".
Sözügedən mahnının aşağıdakı videoda izləyə bilərsiniz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB