Tünzalə Ağayevanın "qayğı gecə"si

Tünzalə Ağayevanın "qayğı gecə"si

"Baku Jazz Centre"də xeyriyyə tədbiri baş tutub. SİA-nın məlumatına görə, tədbirin əsas məqsədi 8 yaşlı Xədicə üçün yardım məqsədi ilə vəsaitin toplanılması idi.

Belə ki, 8 yaşlı Xədicə Yusupovaya həkimlər tərəfindən USİ diaqnozu qoyulub. Kiçik balanın zehni inkişafı tam normal olsa belə, fiziki cəhətdən geri qalır və yerimir. Gecə ərzində bütün qonaqlar Jazz musiqisinin avazından zövq aldılar, vaxtlarını gözəl və səmərəli keçirdilər. Gecənin xüsusi qonağı olan əməkdar artisti Tünzalə Ağayeva hər kəsi Xədicəyə dəstək olmağa çağırdı və öz ifası ilə qonaqlara xoş və zövqlü ifa bəxş etdi.

Eyni zamanda xeyriyyə tədbiri zamanı İrina Əliyeva tərəfindən istəyənlər üçün dəri üzərində akvaqrim rəsmlər çəkildi. Rəsmlərdən toplanan vəsait də təmənnasız olaraq Xədicənin hesabına köçürüldü.

Tədbirdə fotosessiya OKTO Agency tərəfindən aparıldı, lotoreya keçirildi və qonaqlar arasında 2 nəfər pulsuz fotosessiya qazanmış oldu.

Ümumilikdə USİ diaqnozunnan əziyyət çəkən Xədicənin müailəcisi üçün 4510 AZN toplandı və Xədicənin ailəsinin hesabına köçürüldü.

Bütün xəbərlər Facebook səhifəmizdə