Xanəndəyə nə olub?

Azərbaycanlı xanəndə Cabir Abdullayevin səhhətində problem yaranıb. Verilişlərin birində qonaq qismində çıxış edən muğam ifaçısı ayağından zədə aldığını deyib: "Ayağımdan futbol oynayan zaman zədə almışam. Mənimlə birgə bir çox sənət dostlarım da oynayır. Onlar arasında xalq artisti Ağadadaş Ağayev də var. Futbol oynamağımıza səbəb isə özümüzü normal çəkidə saxlamağımızdır. Çünki sənətçi hər zaman özünə baxımlı olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə