Nadir Qafarzadənin etirazı!

Azərbaycan estradasının tanınmış müğənnisi Nadir Qafarzadə onun adından istifadə edən insanlara cavab verib. SİA-nın verdiyi xəbərə görə, müğənni bir neçə gün öncə haqqında yayılan və ona aid olmayan bəzi məlumatlara öz etirazını bildirib: "Bir neçə gün bundan öncə verilişlərin birində həmkarım xalq artisti Səməd Səmədovla etdiyim zarafatdan sonra ölkədə olmamağımdan istifadə edərək bəzi insanlar xoşagəlməz informasiyalar yayıblar. Ancaq hər kəsə səslənib demək istəyirəm ki, mən sənətlə məşğulam. Digər məsələlər üçün vaxtım yoxdur. Üzərimə düşən vəzifə və səlahiyyətə uyğun olaraq vətənimə, xalqıma və dövlətimə xidmət edirəm. Sizin hər birinizdən xahiş edirəm, mənim adımdan yalan informasiyalar verməyin. Əgər bu kimi hallar təkrarlanarsa bir vətəndaş kimi öz hüquqlarımdan istifadə edərək məhkəməyə müraciət edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə