“Miss Dünya” ölkəsini təhqir etdi FOTO

“Miss Dünya” ölkəsini təhqir etdi FOTO

Rusiyanı "Miss Dünya" müsabiqəsində təmsil edən Nataliya Pereverzeva ölkəsini tanıdarkən münsifləri çətin vəziyyətdə qoyub. SİA-nın rus mətbuatına istinadən xəbərinə görə, Nataliya ölkəsini kasıb və əzabkeş bir ölkə kimi təqdim edib: "Mənim Rusiyam kasıb, nəhəng, əzabkeş, tamahkar, vicdansız, imansız insanlar tərəfindən amansızcasına parçalanmış ölkədir. Mənim Rusiyam bir neçə "seçilmiş" insan tərəfindən sərvəti talanan böyük bir arteriyadır. Mənim Rusiyam dilənçidir. Mənim Rusiyam sonsuz Qafqaz müharibələridir. Əvvəllər eyni dildə danışan, lakin indi məktəbdə dərs keçməsinə qadağa qoyulan qəzəbləndirilmiş qardaş xalqlardır. Mənim Rusiyam faşizmi devirən, qələbəni milyonlarla insanın həyatı bahasına alan qalibdir. Deyin mənə, necə və nə üçün bu ölkədə millətçilik belə çiçəklənir?".

"Sizi vətəninizlə fəxr etməyə nə vadar edir" sualına cavab olaraq Rusiya gözəli hər şeyə rəğmən bu əzəmətli və gözəl ölkədə doğulduğu üçün fəxr etdiyini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə