JLO-dan türk pərəstişkarlarına jest

JLO-dan türk pərəstişkarlarına jest

Məşhur müğənni Cenifer Lopez dünya turnesi çərçivəsində İstanbulda verdiyi konsertdə hamını təəccübləndirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni konsertini Türkiyə bayrağına sarılmaqla bitirib. Pərəstişkarının qarşısına son dəfə çıxan Lopez, İstanbula möhtəşəm performansla veda edib. Arenanı minlərlə izləyici ilə dolduran ulduz enerjili rəqsləri ilə konsertə daha da rəng qatıb. Konsert müddətində 6 libas dəyişən Cenifer, gözəlliyi ilə hər kəsi heyran edib.

Konserti izləyənlər arasında həmçinin Türkiyənin məşhur simaları da iştirak edib. Məşhur simalar arasında Türkiyənin meqastarı Tarkan, Gülben Ərgən, Burcu Günəş, Ece Doğulu, Aslı Şən və başqaları olub.

C. Lopez konsertini "Never Gonna Give Up" mahnısı ilə açıb. Konsert üçün hazırladığı repertuarda "Let's Get Loud", "If You Had My Love", "I'm Glad", "Waiting For Tonight", "Jenny From The Block" ve "Hold It Don't Drop It" adlı ifaları da yer alıb. Konserti izləməyə gələn 12 mindən çox insanı sehrləyən Lopez, gecəni hit mahnılarından olan "On The Floor" ilə bitirib. Müğənninin konsertin sonunda etdiyi jest hamını təəccübləndirib. Ulduz, rəqqasın səhnəyə gətirdiyi türk bayrağını qaldıraraq və ona sarılaraq konsertini yekunlaşdırıb.

Qeyd edək ki, İstanbulda verdiyi 3 konsert boyunca müğənnini 36 mindən çox insan izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə