Bu gün "Buta Palace"də "All star" və "Voice" prodakşnların birgə təşkilatçılğı ilə məşhur türk müğənnisi Emre Aydın konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, deyilən vaxtdan təxminən bir saat sonra səhnəyə çıxan ulduz bütün sevilən mahnılarını səsləndirib. 2 saat çıxış edən Emre böyük çoşğu ilə qarşılanıb.
Pərəstişkarların əzbər bildiyi mahnıları müğənni ilə birgə oxuması ifaçıya olduqca xoş gəlib. Hər kəsi salamlayan müğənni qonaqlarla söhbətləşməyə də cəht edib. Türk ulduzundan öncə səhnəyə azərbaycanlı müğənni Leyla Ramazanlı çıxıb. 1 saatlıq çıxışı zamanı bütün məşhur ifalarını səsləndirib. Leylanın müşayiət edən rəqs qrupu ilə Ukraynadan dəvət edilmişdir. Cəsarətli rəqs nömrələri nümayiş etdirən Leylanın imici üzərində isə məşhur stilist Samiraldo (Samir Əliyev) çalışmışdı.
Qeyd edək ki, konserti idarə edən teleməkanın iki məşhur aparıcısı Arzu Əsgərova ilə Ramin İbrahimov idi. İlk dəfə eyni mərasimi birlikdə idarə edən simalar gecəyə xüsusi rəng qatdılar. Konsertin detalları barədə daha geniş məlumat verəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB