Tanınmış türk müğənnisi Emre Aydın artıq Bakıdadır. SİA-nın məlumatına görə, təxminən bir saat bundan öncə Heydər Əliyev Beynəlxalq Hava Limanına enən ulduz artıq ilk kaprizlərini göstərib. Müğənni qəti şəkildə heç bir KİV tərəfindən görüntülənməsini istəmir.
Media nümayəndələrini salamlamadan avtomobilə əyləşən Emre otelə yollandı.
Xatırladaq ki, bu axşam "Buta Palace"da çıxış edəcək Emredən öncə səhnəyə azərbaycanlı müğənni Leyla Ramazanlı çıxacaq. Konsertin aparıcısı Lider TV-nin tanınmış simalarından biri Murad Əzimzadədir.
Konsert haqda daha geniş məlumat isə gecə saatlarında oxucularımıza təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB