Xəbər verdiyimiz kimi bu gün Türkiyənin tanınmış müğənnisi Emre Aydın paytaxtımızın qonağı olacaq. SİA-nın məlumatına görə, "All star" və "Voice" prodakşnların birgə təşkil etdiyi konsertdə Emre 2 saata yaxın çıxış edəcək. Müğənninin meneceri Ümut Orhan dünən günorta saatlarında paytaxtımıza təşrif buyurub. Emre Aydının çıxış edəcəyi səhnə ilə tanış olan Ümut bəy fikirlərini eksklüziv olaraq bizimlə bölüşüb.
Menecerin sözlərinə görə, Buta Palace olduqca fəqli və Emre Aydın kimi müğənninin çıxış etməyi üçün tam uyğun konsert salonudur. Ümut bəyin sözlərinə görə, Azərbaycana ilk dəfə gələn müğənni konsertdən böyük coşğu gözləyir.
Müğənni bu gün günorta saalarında Heydər Əliyev adına Hava Limanına enəcək. Emrenin hər hansı bir kaprizləri olmasa da media qarşısına çıxmaq kimi niyyəti yoxdur.
Azərbaycan jurnalistlərinə özəl müsahibə verməkdən imtina edən ulduz konsertinin çəkilişinə də qadağa qoyub. Belə ki, onun çıxışının yalnız ilk 15 dəqiqəsini çəkməyə icazə veriləcək. Təxminən 2 saatlıq çıxışından sonra isə müğənni bir başa otelə yollanacaq. Emrə səhər saatlarında paytaxtımızı tərk edir.
Onu da qeyd edək ki, konsertdə Emre ilə birgə azərbaycanlı müğənni Leyla Ramazanlı da çıxış edəcək. Aparıcısı Murad Əzimzadə olduğu konsertdə elə ilk olaraq Leyla çıxış edəcək.
Xatırladaq ki, konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB