Dünən tanınmış rejissor Nail Naiboğlu növbəti doğum gününü qeyd edib. SİA-nın məlumatına görə, paytaxt restoranlarının birində ən yaxın dostları, doğmalarını və şou-biznes əhlini başına toplayan rejissoru ad günü maraqlı anlarla yadda qalıb.
Mərasimi idarə edən İlahə Nizamiqızının dəvəti ilə səhnəyə çıxan müğənnilər ifaları ilə səbəbkarı təbrik ediblər. Adətən, müğənnilərin çıxış etmək üçün yaratdıqları qarşıdurma bu dəfə sakitçiliyə səbəb olub. Hədiyyə yağışına tutulan rejissor onlar üçün xüsusi bir otaq da ayırmışdı.
Onu da bildirək ki, doğum günü qonaqlığında məşhur öncəgörücü Yeganə Zeynalova, müğənnilər Əkbər Əliyev, Sevda Yəhyayeva, Samir Piriyev, Elariz, Elvin Abdullayev, Murad Sadığ, Yaşar Cəlilov, teleaparıcılar Zabir Əliyev ilə Zemfira Adıgözəlova və başqaları iştirak ediblər.
Təbrik edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB