1 saatdan sonra Zirəddin Rzayev şok açıqlamalar verəcək!

1 saatdan sonra Zirəddin Rzayev şok açıqlamalar verəcək!

Lider TV-də yayımlanan "Klip parad" verilişinin növbəti qonağı tanınmış ekstrasens Zirəddin Rzayevdir. SİA-nın məlumatına görə, təxminən bir saatdan sonra efirə gedəcək veriliş Zemfira Adıgözəlovanın təqdimatında yayımlanacaq.

Rejissor Nail Naiboğlunun ərsəyə gətirdiyi verilişdə Zirəddin şou-biznes nümayəndələri haqda proqnozlar verəcək. Ekstrasens həmçinin fəaliyyətindən və ona müraciət edən ulduzlardan söz açacaq.

Xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Məleykə Əsəsdova, müğənnilər Nadir Qafarzadə, İlhamə Qasımova və Səfurə Əlizadə ekstrasensə niyə müraciət ediblər? Bu sualların cavabını isə verilişə baxdıqda biləcəksiniz.

Zirəddin həmçinin "Klip parad"da nümayiş olunan videoları da müzakirə edib.

Verilişdə baş verən ən maraqlı anların şahidi olmaq istəyirsinizsə bu gün saat 16:45-də Lider TV-ə baxın.

Bütün xəbərlər Facebook səhifəmizdə