Azərbaycanın "seksi-pepsi" kimi tanınan teleaparıcısı Zemfira Adıgözəlova tədbirlərin birində fotokameramıza tuş gəlib. Hər zamankı kimi qısa geyimlərə üstünlük verən teleaparıcı bu dəfə də ənənəsinə sadiq qalaraq qara mini ətəkli, kürəyi olduqca açıq libas geyinmişdi. Qeyri-adi görünməyə çalışan xanım Adıgözəlova qısa ətəkli paltarına rəngarənglik qatmaq üçün yaşıl rəngli şarfdan, ayaqqabıdan, çantadan hətta sırğadan və üzükdən istifadə etmişdi.
Qeyd edək ki, yaşıl rəngi çox sevən Zemfiranın vizajında da yaşıl rəng var idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB