Rihannadan "777"

Məşhur Barbaros gözəli Rihanna "777" adlı 7 günlük dünya turnesinə başlayıb. SİA-nın məlumatına görə, turnenin ilk ünvanı da məhz Meksika olub. Meksikanın paytaxtı Mexiko şəhərində verdiyi konsertini "Cockiness (Love It)" adlı mahnı ilə açan müğənni, eyni zamanda son albomu "Unapologetic"də yer alan musiqiləri də ifa edib.

Rihanna, "7 konsert, 7 şəhər və 7 gün" adı ilə yola çıxdığı turne çərçivəsində Toronto, Stokholm, Paris, Berlin, London və son olaraq Nyu- Yorkda pərəstişkarları ilə görüşəcək.

Müğənni Diamonds Dünya Turnesinə isə 2013-cü ilin ilk yarısında çıxmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə