Müğənni Xəyyam Nisanov dekabrın 1-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. Bu haqda SİA-ya müğənninin prodüseri Murad Arif məlumat verib: "Bəzi mahnılarını konsertdə çox özəl formatda təqdim edəcək. Azərbaycanın ən yaxşı caz, estrada musiqiçiləri, instrumentalistləri Xəyyamı müşayiət edəcək. Xəyyam konsertdə ukraynalı rəqqaslarla birlikdə çıxış edəcək, çox maraqlı rəqslər və sirk nümunələri də olacaq. Sözügedən konsertdə duetlərdə olacaq. Onu da deyim ki, əminik ki, tamaşaçı toplayarıq! Məkan olaraq, "Bakı Kristal Zalı"nı götürməmişik ki, 25-30 min nəfəri konsertə yığmaq barədə fikirləşək. Heydər Əliyev sarayı Xəyyam Nisanov münasibdir. Xəyyam üçün 2 milyonluq Bakımızda 4-5 min tamaşaçı toplamaq o qədər də çətin iş deyil. Azərbaycanda populyar olan bir çox müğənni Heydər Əliyev Sarayında konsert verə bilər. Sadəcə olaraq, ortada 3 saat canlı oxumaq qorxusu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB