Məşhur serial daha 4 aktyorunu itirdi

Məşhur serial daha 4 aktyorunu itirdi

Uzun zamandır Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Adını Feriha koydum: Emirin yolu" serialında dəyişiklik baş verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, serialdan daha dörd aktyor uzaqlaşır. Artıq "Emirin yolu" adlanan serialın bu dəfəki bölümündə Rza xarakterini canlandıran Metin Çekmez, Seher obrazının ifaçısı Neşem Akhan və Ömer rolunu ifa edən Onay Kaya sonuncu dəfə izləyici qarşısına çıxacaqlar.

Bu cümə nümayiş olunacaq bölümdə Mehmet atası Rzanı Türkmənistana, öz yanına dəvət edir. Rza da kiçik oğlu Ömerlə birgə yola çıxır. Seherin isə hansı yolla filmdən ayrılacağı hələ məlum deyil.

Yayılan digər məlumatda qeyd olunur ki, serialda Ferihanın (Hazal Kaya) düşməni obrazını canlandıran Cansu (Sedef Şahin) da serialdan ayrılacaq. Bəlli olub ki, hekayənin davamında onunla bağlı heç bir irəliləyiş düşünülmədiyindən Cansu da serialı tərk etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə