Məşhur aparıcı: “Yalandan işıqlarla, rəqqaslarla baş aldada bilərdik”

Məşhur aparıcı: “Yalandan işıqlarla, rəqqaslarla baş aldada bilərdik”

Xəbər verdiyimiz kimi, məşhur müğənni Xəyyam Nisanov dekabrın 1-də Heydər Əliyev Sarayında "Solo" adlanan konsert proqramı ilə çıxış edəcək. Konsertin prodüsseri Murad Arifin SİA-ya verdiyi məlumata görə, Xəyyam bəzi mahnılarını özəl formatda təqdim edəcək: "Müğənni 3 saata yaxın canlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edəcək. Heydər Əliyev sarayının şərtlərinə uyğun ifalar fonoqramla deyil, canlı şəkildə səslənəcək. Xəyyam da istəsə, bəzi müğənnilərimiz kimi başqa bir yerdə fonoqramla konsert verərdi. Yalandan işıqlarla, rəqqaslarla baş aldada bilərdik. Amma fikirləşdik ki, Xəyyam Nisanov konsert verirsə, bu çox keyfiyətli və canlı olmalıdır. Sonra efirdə çıxıb bəziləri kimi deməsin ki, konsert verdim, adı da "Fonoqram"dır ".

Konsertdə Xəyyamı caz və estrada ifaçıları, eləcə də instrumental musiqiçilər müşayiət edəcək.

Murad Arif qeyd edir ki, müğənni konsertdə ukraynalı rəqqaslarla birlikdə çıxış edəcək: "O, fərqli rəqslarla birgə ekstrimal rəqs nömrələri də təqdim edəcək. Rejjisor Ülviyyə Könül və mən bu konsert üzərində çox gərgin işləyirik. Xəyyam isə daim vokal dərslərindədir, musiqiçilərlə, müəllimlərlə məşq edir. Xəyyam heç yerdə səsləndirmədiyi və digər müğənnilərin də ifasında dinlədiyiniz mahnıları səsləndirəcək. Xəyyam ingilis dilini bilən ifaçılardandır və konsertdə xarici musiqiləri də canlı ifa edəcək".

Muradın sözlərinə görə, Xəyyam çıxışlarında duet ifalara da yer ayırıb və konsertin musiqi tərtibatı çox zəngindir: "Xəyyam bu günə qədər deut oxuduğu müğənnilərlə birgə də çıxış edəcək. Bununla yanaşı o, repertuarında yer alan "Bum-bum", "İstanbul", "İstidir", "Ağ mələyim", "İndi bildim", "Bakı-Moskva" və sair hit mahnılarını da səsləndirəcək. Bunların bir qismi akustika olacaq digəri isə klub musiqisi. Əminik ki, tamaşaçı toplayırıq! Məkan olaraq, "Bakı Kristal Zalı"nı götürməmişik ki, 25-30 min nəfəri konsertə yığmaq barədə fikiləşək. Heydər Əliyev Sarayı Xəyyam Nisanov üçün tam münasibdir. Azərbaycanda populyar olan bir çox müğənni Heydər Əliyev Sarayında konsert verə bilər. Sadəcə, ortada 3 saat canlı oxumaq qorxusu var".

Murad Arif onu da bildirib ki, konsertə hazırlaşan Xəyyam 3 aydır efirə çıxmır: "Konsertə 3 ay qalmış müğənni heç bir efirdə görünməməlidir. Artıq sonuncu aydır. Sizin vasitənizlə demək istəyirik ki, konsert gününə qədər heç bir veriliş Xəyyamı dəvət etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə