Yerli şou-biznesin qalmaqallı, lakin peşəkar prodüsseri Tolik (Tarix Əliyev) həyatının ən çətin anını yaşayır. Bununla bağlı Facebookda şəxsi səhifəsində yazan prodüsser atasının səhhətində ciddi problem olduğunu qeyd edir.
SİA-nın məlumatına görə, atasının əməliyyatına hazırlaşan Tolik belə yazır: "Bu gün həyatımda ən pis anı yaşadım. Atamın ürəyində problem var. Dörd damar tutulub. Onun əməliyyat keçirəcəyini öyrənib, çox pis oldum. Nə keçirdiyimi izah edə bilmirəm".
Dar günündə yaxın dostlarından dəstək alan Tolik təşəkkür etməyi də unutmadı: "Yanımda olan bütün dostlarıma minnətdarlığımı bildirmək istəyirəm. Ancaq ən böyük təşəkkür Zaur Nəbioğlu, Pərviz Əsgərov, Aynurə Tahirqızı və Günel Hümbətovaya düşür. Kədərimi hər kəs bölüşdü. Ancaq ən yaxınımda məhz bu insanlar oldu. Hər birinizi var olun, dostlar! Rəbbim bütün valideynlərə can sağlığı versin".
Allah şəfa versin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB