Azərbaycanın xalq artisti, məşhur müğənni Səməd Səmədov itinə toy etməsi ilə bağlı mətbuatda yerləşən məlumatlara münasibət bildirib. SİA-ya açıqlama verən sənətçi yayılan söz-söhbətdən susaraq yan keçmədi: "Mənim itim var. Heç kimə də sirr deyil ki, mən heyvanları sevirəm. Uzun illərdir ki, evimdə it saxlayıram. Maqazin proqramlarından birində də heyvanlarla bağlı mövzu qoyulmuşdu. Mən də dəvətli idim. Müğənni Nadir Qafarzadə ilə bir balaca zaraftlaşdıq. Maqazin verilişlərində belə zarafatlara hər zaman rast gəlmək olur. Məgər zarafat etmək qəbahətdi? Bizim Nadir Qafarzadə ilə zarafatımızı niyə bu qədər ciddiləşdiriblər, anlaya bilmirəm. Bu kimə lazımdır axı? Bu məsələni bu qədər ciddiləşdirib, müzakirəyə çıxaranlara isə bir sözüm ola bilər. Demək bunlarda yumor hissi yoxdur. Yumorla deyilən, zarafatla səslənən bir fikri niyə bu qədər ciddiləşdirməyə çalışırlar, başa düşə bilmirəm. Şou biznesdə müzakirə olunası o qədər məsələlər var ki, heç onlardan danışan yoxdur. Bir daha qeyd edirəm ki, Nadirlə zarafatımızı bu qədər qlobal məsələyə çevirməsinlər. Ayıbdır!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB