Rəqsanə türk şou-biznesindən imtina etdi

Müğənni arıqlamağa “stop” demir...
Rəqsanə türk şou-biznesindən imtina etdi

Bu gün estradanın tanınmış müğənnisi Rəqsanə İsmayılova bəzi media nümayəndələri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşün əsas səbəbi müğənnin son zamanlar tez-tez yollandığı İstanbul səfəri olub. Qardaş ölkəyə getməyinin əsl mahiyyətini izah etmək üçün jurnalistlərlə görüşən ifaçı hər bir media mənsubunun sualını cavablandırıb.

Əməkdaşımıza verdiyi açıqlamasında qardaş ölkənin şou-biznesindən danışan Rəqsanə vətənində əldə etdiyi uğurlarla kifayətləndiyini dedi: "Aldığım bütün real təkliflərə baxmayaraq, mən Türkiyə şou-biznesinə qatılmaq istəmirəm və buna iddialı da deyiləm. Bəzi təkliflərə razılıq versəm də, uzun müddətli müqavilələri imzalamaqdan imtina etdim. Mən vətənimə və xalqıma bağlı insanam. Mənim üçün əsas öz millətimdir. Türkiyədə populyar olmaq əvəzinə burada çalışmağı üstün tuturam. Mənə lazım deyil ki, adım çəkiləndə bəh-bəhlə "Türkiyə şou-biznesinin tanınmış siması" desinlər. Bunun marağında da deyiləm".

Buradakı işlərini səhmana salan Rəqsanə dekabr ayının 10 yenidən Türkiyə yollanacağını da gizlətmədi: "21 gün Türkiyədə qalacam. Çünki müxtəlif fotosessiyalar edəcəm və bir neçə klip çəkilişinə başlayacam. Bununla yanaşı "Can Müzik Yapım" şirkəti ilə albom hazırlamaq planım var. Albomda yer alacaq 12 mahnının bəstəsi mənə məxsusdur. Mən həm sözlərini həm də musiqisini yazmışam. İnanıram ki, hər kəs çox bəyənəcək. Bütün bu yeniliklərə gələn il çox fərqli təqdimat mərasimi də keçirəcəm".

Gözdən qaçmayan məqamlardan biri də Rəqsannin imici oldu. Müğənni yeni saç düzümünün Türkiyədə hazırlandığını dedi: "Yeni qaynaqlarımı orada düzəltdirmişəm. Ötən saçlarımdan çox fərqlidir. Bu dəfə ürəyim istədiyi kimi alınıb".

Onu da bildirək ki, son zaman dayanmadan arıqlayan Rəqsanə bu çəkisi ilə kifayətlənmək istəmir: "48 kiloya qədər arıqlamalıyam. İndi yenə də pəhriz saxlayıram. Bundan daha incə olmağı qarşıma məqsəd qoymuşam".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə