Tanınmış ekstrasens Zirəddin Rzayev rejissor Nail Naiboğlunun falına baxıb. SİA-ya danışan rejissor qeyd edib ki, ekstrasens onun həyatı və gələcəyi haqda maraqlı açıqlamalar verib: "Zirəddin falıma baxdıqda dedi ki, mən ömür boyu mübarizə aparacam. Pis gözlər və çətinliklər hər zaman yanımda olacaq. Ancaq böyük uğurlar qazanacağımı da istisna etmədi".
Nail bildirib ki, Zirəddin hətta onun ən böyük arzusunu da açıqlayıb: "Sənin ən böyük arzun fəxri ad almaqdır və buna nail olacaqsan. Səni vəzifədə görürəm. Zirəddin mənə bu sözləri dedi və mən çox sevindim".
Naiboğlu onu da əlavə edib ki, ektrasens onun rejissoru olduğu "Klip parad" verilişinin uzun ömürlü olmayacağını deyib: "Rzayev deyir ki, verilişim 2013-cü ilin dekabr ayında bağlanacaq. Bundan sonra isə yəqin mən vəzifəyə gedəcəm. O, həmçinin qeyd edib ki, cadu mənə çox tesir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB