"Onun müğənni olmasını heç vaxt istəməmişəm" MÜSAHİBƏ

Gənc müğənni Aygün Rəhimovanın SİA-ya müsahibəsi:
"Onun müğənni olmasını heç vaxt istəməmişəm" MÜSAHİBƏ

- Yaradıcılığınızda durğunluq yaşayırsız. Deyəsən, şəxsi həyat karyeranı üstələyib? Yoxsa bu sahədə çalışmaq çox çətindir?

- Çətindir, çox yoruluruq. Amma incəsənət qurban tələb edir. Mən oxumağı doğurdan da çox sevirəm. Bəli, durğunluq yaşandı. Ancaq indi yenidən qayıtmaq istəyirəm. Şəxsi həyata gəldikdə isə, fikirləşirəm ki, məni sevən insan hər şeyi qəbul edirsə sənətimə də razılıq verəcək. Məncə heç nəyi qurban vermək lazım deyil. Əgər bu sənəti sevirsənsə bununla da məşğul olmalısan. Çox qaçmaq istədim amma gördüm ki, sənətsiz yaşaya bilmirəm.

- Qayıdışınız xarici görünüşününüzü də dəyişib. Özünüzü sanki xarici ulduzlara bənzərdirsiz. Dünya arenasına çıxmağa hazırlaşırsız?

- Hə, xarici görünüşümü bir çox ulduzlara bənzədirlər. Ancaq mən yalnız özüm olmaq istəyirəm. Yox, mən hələ burdayam. Amma niyə də yox.

- Xarici görünüşünüzdə gözlənilməz və hər kəsin təəccübünə səbəb olacaq dəyişiklik edirsiz. Hardandır bu cəsarət?

- Qlamur olmağı sevirəm. Qırmızı dodaq boyası istifadə etdikdə isə hər kəs məni cəsarətli xanım adlandırır. Bu rəngi sevirəm. Düzdür, bu, hər adama yaraşmır. Müəyyən yaş həddi var ki, insan özünü axtarır. Mən isə bu görünüşdə özümü tapmışam. Məncə də belə mənə çox yaraşır. 2 ildən sonra 30 yaşım olacaq və cəsarətli olmağın əsl zamanıdır.

- Qıraqdan özündən razı və ədalı görsənirsiniz. Bunu tək mən yox, hər kəs deyir. Niyə bu təəssüratı yaradırsız?

- Bilmirəm niyə. Amma hər kəs deyir ki, kənardan məhz belə bir təəssürat yaradıram. Qıraqdan hamı başqa cür görsənir, elə bil problemləri yoxdur. Bəlkə məni yaxından tanıyan adamlar ünsiyyət qurduqdan sonra fikirərini dəyişərlər. Özümdən razı deyiləm. Bunu insanlar yalnız məni yaxından tanıdıqdan sonra anlayırlar. Bu, məni çox sevindirir. İncəsənət adamları nə qədər sadə olsa, bir o qədər sevilir. Xalqla daim ünsiyyətdə olmaq lazımdır. Çox sevinirəm ki, sosial şəbəkələrdə məni səhnədə görmək istədiklərini yazırlar. Onlar səhnəyə qayıtmağım üçün mənə stimul verirlər.

- Bacınız Sehri də müğənnidir. O nə işlə məğuldur?

- Onun müğənni olmağını heç vaxt istəməmişəm. Bu sənətin çirkinliklərini görmüşəm. O isə hələ uşaqdır və çox safdır. Bura onun yeri deyil. Baxmayaraq ki, səsinə çox güvənirəm. Onun məndə olmayan milli boğazları var. Amma yenə də müğənni olmağını istəmirəm.

- Çəkindirməyə çalışmısız?

- Hə çalışmışam, amma alınmayıb. Həmişə də buna görə dalaşırıq. Ancaq başı daşa dəysin, özü görəcək. Onsuzda hər kəs öz seçimini özü edir.

- Bəs o sizin oxumağınız barədə nə fikirləşir?

- Sehri mənə deyir oxuma, ailə həyatı qur.

- Niyə bacınızın sözünə baxmırsız?

- Bu qismətdir. Ürəyimcə biri olsa, əlbəttə ailə həyatı quraram.

- Məncə ola bilməz ki, bu cür xanımın həyatında heç kim olmasın...

- Sevgi etirafları təbii ki var. Ancaq ürəyimcə olan birini gözləyirəm.

- O ürəyinizcə olan biri gəlsə sizi bu sənətdən apara bilər?

- Bu baxır insana olan hisslərimə. Mən elə insanam ki, sevdiyimə görə hər şeyi yox, amma çox şeyi qurban verərəm. Təbii ki, o buna layiqdirsə.

Bütün xəbərlər Facebook səhifəmizdə