Sevda Yahyayeva kimlərə ağıl verdi?

Sevda Yahyayeva kimlərə ağıl verdi?

Azərbaycan estradasının tanınmış müğənnisi Sevda Yahyayeva həmkarlarının bəzi fikirləri ilə razılaşmayıb. O, albom çıxartdırmaq istəməyən həmkarlarına iradlarını bildirib.

SİA-ya açıqlama verən Sevda disk buraxdırmağın lehinə olduğunu xüsusilə qeyd edib: " Bəzi həmkarlarım albom çıxartdıqdan sonra maddi gəlir əldə edə bilmədiklərinə görə narazılıq edirlər. Ona görə də disk buraxdırmırlar. Ancaq mən onlarla razı deyiləm. Çünki mahnıların toplu şəkildə albomda olması çox yaxşıdır. Eyni zamanda, ifaçı xarici ölkəyə qonaq gedəndə öz albomunu təqdim edərək digər insanlara da dinlətdirib sevdirə bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə