MTV mükafatlarının qalibləri müəyyənləşdi

MTV Avropa Musiqi mükafatlarının qalibləri müəyyənləşdi
MTV mükafatlarının qalibləri müəyyənləşdi

Ötən gün Almaniyanın Frankfurt şəhərində keçirilən mərasimdə MTV Avropa Musiqi mükafatlarının qalibləri məlum olub. SİA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, gecədə məşhur müğənnilər Teylor Svift və Castin Bieber hərəsi 3 mükafata layiq görülüb. Kantri musiqiçisi Svift ən yaxşı qadın müğənni, ən yaxşı canlı ifa edən müğənni və ən yaxşı görünüşə malik müğənni kateqoriyalarında qalib olub.

Kanadalı C.Bieber ən yaxşı kişi müğənni, ən yaxşı pop müğənnisi və dünya səhnəsi performansı mükafatlarına layiq görülsə də, o, Avropada keçirilən mükafat mərasimində iştirak etməyib.

"One Direction" qrupu ən yaxşı yeni qrup və ən böyük azarkeş kütləsinə malik qrup seçilib. İlin ən yaxşı video klipi mükafatını isə "Gangnam Style"-ın müəllifi "PSY" alıb. Gecənin digər qalibləri arasında Karli Rey Cepsen, "Linkin Park", Niki Minaj, Devid Getta olub.

Bütün xəbərlər Facebook səhifəmizdə