Bəs Aygün Kazımova?
Rəqsanə Eltonla Moskvada da...

Son iki həftəni Türkiyədə səfərdə olan müğənni Rəqsanə yaradıcılığında dönüş edib. Qısa zamanda o studiyada mahnılar yazdırıb, klipmeykerlərlə görüşüb. Bu o deməkdir ki, sənətçi tezliklə türkiyəli komanda ilə ərsəyə gətirdiyi layihələrini təqdim edəcək. Bu, adət etdiyimiz tərzdən daha üstün olacaq. Rəqsanə bu barədə SİA-ya telefon bağlantısı zamanı bildirib. Hazırda Moskvada olduğunu deyən sənətçi tədbirlərin birində səhnəni xalq artisti Aygün Kazımova və Eltonla paylaşdığını diqqətə çatdırıb.

"Sabah burdan bir başa bölgələrimizin birinə səfər edəcəm. Orada keçiriləcək dövlət tədbirində iştirak edəcəm. Axşam Bakıya qayıdacam. Türkiyə ilə bağlı layihələrim bu xəbərlə bitmir. Düşündüm ki, media ilə görüşüb xəbərlərin hamısını bölüşüm".

Bütün xəbərlər Facebook səhifəmizdə