Xanəndə 50 yaşını necə qeyd edir?

Xanəndə 50 yaşını necə qeyd edir?

Bu gün Azərbaycanlı xanəndə Mələkxanım Əyyubovanın 50 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, xalq artisti ad gününü doğma şəhəri Şamaxıda konsert verməklə qeyd edir. Məclisi idarə etmək isə xanım xanəndəmizin həmyerlisi teleaparıcı İlham Mirzəyevə həvalə olunub.

Nəzərinizə çatdıraq ki, konsert Şamaxı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutur.

Qeyd edək ki, sözügedən tədbirdə qonaqlar sırasında xalq artisti Canəli Ələkbərov, xanəndə Elnarə Abdullayeva, bəstəkar-müğənni Ramal İsrafilov var.

Təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə