Xəbər verdiyimiz kimi dünən paytaxtda "Divan Express Baku" otelinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılışda rəsmi şəxslərlə yanaşı şou-biznes nümayəndələri də iştirak edib.
Otelin rəsmi açılışında məşhur müğənni Zamiq Hüseynov, aşıq Əli Tapdıqoğlu və türkiyənin məşhur serialı olan "Kurtlar Vadisi"nin aktyoru Mustafa Ustundağ da iştirak edib. Türk aktyorundan fərqli olaraq Zamiq və Əli məclisin sonuna qədər əyləniblər.
Artıq çəkidən əziyyət çəkən Əli yemək yemədən öncə Zamiqə maraqlı açıqlama da verib: "Zamiq, mən ancaq ananas yeyəcəm. Çünki həkim icazə vermir. Ciddi pəhrizə başlamışam".
İdmanla məşğul olan Zamiq isə dünyanın ən bahalı və brend çaxırları ilə maraqlanıb: "İçkini aşırı dərəcədə sevmirəm. Amma nadir çaxırları dadmağı vacib bilirəm".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB