Teleaparıcı yeni ev aldı

Azərbaycanlı teleaparıcı Zaur Kamal yeni ev alıb. "Ay Zaur" verilişinin aparıcısı Zaur şou-biznes əhlini başına toplayaraq elə verilişinin çəkilişlərini öz evində aparıb. İncəsənət nümayəndələri arasında əməkdar artist Zöhrə Abdullayeva, meyxanaçılar Namiq Qaraçuxurlu, Ağamirzə, Mehman Əhmədli, Əkbər, müğənnilərdən Manana və Gülay Qədirova olub.

Nəzərinizə çatdıraq ki, Zaurun verilişi zamanı meyxanaçı Namiqin ad günü də qeyd edilib.

Qeyd edək ki, Zaur Kamalın yeni mənzil alması münasibətilə Zöhrə Abdullayeva ona tort hədiyyə edib. Hətta qonşu olduqlarını da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə