Lalə Məmmədova: “Şərab gətir, saqi!”

Lalə Məmmədova: “Şərab gətir, saqi!”

Azərbaycanın əməkdar artisti, məşhur müğənni Lalə Məmmədovanın yaradıcılığında yenilik var. SİA-nın məlumatına görə, ifaçı xanım "Şərab gətir, saqi!" adlı solo albomunu ərsəyə gətirib.

Alboma 14 mahnı daxildir. Onların sırasında müğənnin bəzi köhnə mahnıları ilə yanaşı, yeni lentə aldırdığı musiqiləri də yer alıb. Lalə Məmmədova albomunda Tofiq Quliyev kimi dahi bəstəkarın yaradıcılığına da müraciət edib.

Albomda Elza İbrahimova, Arif Məlikov, Nüşabə Muradova, Vüqar Camalzadə, Sahib Məmmədov, Səid Rüstəmov kimi bəstəkarların mahnılarını dinləmək olar.

"Şərab gətir, saqi!" adlı albomda Azərbaycan mahnıları ilə yanaşı, rus və ərəb musiqilərinə də rast gəlmək olar.

Onu da bildirək ki, albomda Lalə Məmmədovanın xalq artist Samir Cəfərovla birgə ifa etdiyi "Çinarlar" adlı dueti də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə