Şakira “VKontakte” sosial şəbəkəsində FOTO

Şakira “VKontakte” sosial şəbəkəsində FOTO

Dünya şöhrətli müğənni Şakira Rusiyanın "VKontakte" sosial şəbəkəsində özünə yeni səhifə açıb. SİA-nın Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı və səhifəsinin linkini dünya ulduzu Twitter-dəki hesabında yayımlayıb.

Şakiranın səhifəsi bir çox rus estrada ulduzlarında və məşhur şəxslərində olduğu kimi şəxsi xarakter daşımır. Müğənni sözügedən şəbəkədə səhifəsinin olduğunu elan edən gün izləyicilərini rus və ingilis dillərində salamlayıb.

Səhifədə Latın Amerikası gözəlinin fotoşəkilləri və onun ifasında videoçarxlar yerləşdirilib. Hal-hazırda 8 min nəfər istifadəçi Şakiranın bu səhifəsinə abunədir.

Bütün xəbərlər Facebook səhifəmizdə