Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Aygün Kazımovadan gündəm yaradacaq daha bir açıqlama gəldi. "Pop Diva"nın bu dəfəki hədəfi prodüsseri Tolik (Tarix Əliyev) oldu.
"Tolik nə vaxt evlənəcək" sualına cavab verən xalq artisi SİA-ya bu sözləri dedi: "Tolik?! Tolik əbədi olaraq mənimlə evlidir. Onun anası da, atası da, bacısı da, ən doğması da elə mənəm. O, ömürlük mənimlə evlənib".
Xalq artistinin yanında olan Tolik də açıqlama verməkdən çəkinmədi: "Artıq 1 ildir Aygün xanımla çalışıram. Sevinirəm ki, heç bir problemsiz işimizi davam etdiririk. Mənə onunla işləmək çox rahatdır. İnanıram ki, bizə göz dəyməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB