İradə İbrahimova yerli şou-biznes və ailəsi haqda

"...efirdə məni görəndə ekranı qucaqlayır"
İradə İbrahimova yerli şou-biznes və ailəsi haqda

Azərbaycanlı müğənni İradə İbrahimova Türkiyənin TMB kanalında "Nurseza ilə günün ritmi" verilişinin qonağı olub. SİA-nın məlumatına görə, sənətçi canlı efirdə yaradıcılığı, ailəsi və yerli şou-biznes haqda danışıb. Öncə yeniliklərini bölüşən İ.İbrahimova repertuarını Murad Dalklılıcla yanaşı bir necə türk və azərbaycanlı bəstəkarın mahnıları ilə yeniləyəcəyni bildirib.

İradə xanım bildirib ki, müqavilə əsasında çalışdığı "Promore" musiqi şirkəti onun "sinql"ını hazırlayır. Bura onun 2 məşhur mahnısının Türkiyə türkcəsində yazılmış variantı və 3 yeni mahnısı daxildir.

Meneceri Ulqar Ateş və mahnıların hazırlanmasında ona yardımçı olan Ozan Çolaqoğlu ilə calışdığını xatırladan İradə xanım ətrafında peşəkar heyətin birləşdiyini xatırladıb: "Həqiqətən də boyük zəhmət hesabına layihələr ərsəyə gətirdik. Onun nə qədər seviləcəyi şansa bağlıdır".

Sənətçi qarşıdakı aylarda klip çəkilişinin, konsert hazırlığının olduğunu da bildirib. Daha sonra qızı İpəkdən danışan müğənni övladının ona çox bağlandığını qeyd edib: "Analıq bir başqa hissdir. İpəyin bu ayın 11-i iki yaşı tamam olur. Artıq böyüyür. Amma məndən ayrı qala bilmir. Çəkiliş olanda onu qoyub gedəcəyimi düşünüb, üzülürəm. Amma sənət üçün də çalışmalıyam. Canlı efirdə məni görəndə ekranı qucaqlayıb "anamı istəyirəm", - deyib ağlayır. Bunu eşidəndə kövrəlirəm".

Azərbaycan şou-biznesindən danışan sənətçi hadisələri Türkiyədən sıx izləyə bilmədiyni söyləyib: "Bakıya tez-tez gedib-gəlirəm. Həyat yoldaşım Ceyhunun işdən imkanı olanda bizə qoşulur. Sənətçi dostlarımla münasibətim yaxşıdır. Gedəndə vaxt tapdıqca onlarla görüşür, zəngləşirik. Şou-biznesdə reklam pis və yaxşı ola bilər. Mən heç zaman pis reklamı qəbul etməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə