“Heç bir teleaparıcının mənim qədər fanat ordusu yoxdur”

“Heç bir teleaparıcının mənim qədər fanat ordusu yoxdur”

Azərbaycanlı teleaparıcı Ulvira Qarayeva yetərincə fanat ordusunun olduğunu deyib. SİA-ya açıqlama verən Ulvira özlərini öyən insanlara da öz məsləhətlərini verməkdən çəkinməyib: "Fikrimcə, heç bir teleaparıcının mənim qədər fanat ordusu yoxdur. Ancaq məndə var. Yəqin ki, sadə olduğumdan sevənlərim çoxdur. Hətta mənə intelektual teleaparıcısan deyəndə razılaşmıram. Çünki məndən də intelektual səviyyəsi güclü olan aparıcılarımız var. Özümü intelektual yox, 1-2 kitab oxumuş insan kimi hesab edirəm. Hər şeyin ölçü vahidi var. Onu da deyim ki, bəlkə də heç məni Biləcəridən o tərəfə tanıyan yoxdur. Bir çox tanınmış simalara demək istəyirəm ki, onları Azərbaycandan başqa heç yerdə tanımırlar. Bəziləri evdə otura-otura özlərini öyürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə