SİA-nın "Mən beləyəm" rubrikasının daha bir qonağı bəlli oldu...
"Eurovision-2012" mahnı müsabiqəsində vətənimizi təmsil edən, istedadlı müğənni Səbinə Babayeva ilk dəfə olaraq öz xasiyyətinin görünməyən tərəflərindən danışdı.
Olduqca ciddi xarakter və xarici görünüşə sahib olan Səbinə xanım özü barədə danışmağı sevmir. Səbinə Babayeva bir o qədər də ünsiyyətcil deyil. O, danışmaqdan daha çox dinləməyi sevir.
Ən mənfi cəhəti sadəlövhlüyüdür: "Uşaq kimi olmağım və səmimiyyətdən hər kəsə inanmağım heç xoşuma gəlmir. Amma bu, yenə də insanları sevdiyimdən irəli gəlir".
Qadın dostluğuna dəyər verən Babayeva xanımların biri-birinə etibarının azaldığını deyir: "Amma mən utanmıram ki, hələ də düzgünlüklə ədalətliyə inanıram".
Özünə qarşı səmimi hörmət və düzgünlüyü sevən ifaçı digər insanlarda da bu xüsusiyətlərə önəm verir: "Əgər bir qadının içində "ifritəlik" varsa, onun gözəlliyinə dəyər verə bilmərəm".
Müğənninin ən zəif yeri musiqi, sevgi və qəhvədir.
"Ömür-onun barəsində düşündüyündür. Fikirlərini dəyiş və həzz al".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB