Türkiyənin məşhur aktyoru Tolga Korel və Günay Musayeva körpələrini üzə çıxardılar. SİA-nın məlumatına görə, Tolga "Osmanlı" serialının çəkimləri zamanı oğlu Cihangir Canı ilk dəfə çəkiliş meydanına aparıb. Can Tolga ilə tərəf müqavili olan, Türkiyənin canlı əfsanəsi Türkan Şorayın diqqətini cəlb edib. Çəkiliş arası fasilələrdə Cihangiri qucağında saxlayan Şoray gününü məhz körpəyə həsr edib.
Məşhur aktrisa 6 aylıq Cihangirlə şəkillər çəkdirdikdən sonra onun gələcəyi barədə də danışıb: "Tolga yaxşı ata və aktyordur. Cihangir də gələcəkdə atası kimi yaraşıqlı olsa, çox canlar yandıracaq".
Qeyd edək ki, serialda Tolqa və Türkan Şorayla yanaşı məşhur aktyor və müğənni Özcan Dəniz də yer alıb.
O ki, qaldı Günay Musayevaya, model yenidən podyuma qayıdır. Ana olandan sonra 5 ay ərzində idman edərək 32 kilo arıqlayan model artıq bir sıra nümayişlərə qatılıb. Günay yaxın zamanda maraqlı layihələrdə görünəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB