Azərbaycanlı stilist şou-biznes əhlindən narazıdır

Azərbaycanlı stilist şou-biznes əhlindən narazıdır

Azərbaycanın tanınmış stilisti Samir Əliyev şou-biznes əhlindən narazılıq edib. Samir müğənnilərin ona yetərincə pul vermədiklərini iddia edib. SİA-ya açıqlama verən stilist hazırda işlədiyi tanınmış simaların adlarını da açıqlayıb: "Bir müddət öncə Sevda Yahyayevayla işləyirdim. Ancaq hazırda teleaparıcı Zaur Nəbioğlu ilə çalışıram. Tək onunla işləməyimə səbəb müğənnilərin ürəyim istədiyi qonorarı verməməsidir. Ona görə də heç kimi yaxınıma buraxmıram. Onu da nəzərinizə çatdırım ki, gənc ifaçı Mehinlə məhərrəmlik ayında iş birliyimiz olacaq. Onu yeni klipi üçün 5 fərqli obrazlara salacam".

Qeyd edək ki, stilist Samir Əliyev bu yaxınlarda özünə "Samiraldo" ləqəbi götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə