Şou-biznes nümayəndələrinin ulduzluq xəstəliyinə tutulması heç kimə sirr deyil. Bu sahəyə qoşulan insanlara efirə 3 dəfə çıxmaq kifayət edir ki, "ulduz"a çevrilsinlər. Ancaq bu "xəstəlik"dən yan keçən də az deyil. Məsələn, ANS telekanalında məhşurlaşan teleaparıcı Ulvira Qarayeva SİA-ya açıqlamasında bu xəstəlikdən yan keçdiyini deyib: "Hələ ki, "ulduz" xəstəliyinə tutulmamışam. Bu vaxtadək necə olmuşamsa indi də eləyəm. Adıçəkilən "xəstəlik"dən yan gəzirəm. Onu da nəzərinizə çatdırım ki mənim tanınmağım 36 yaşımdan başlayıb. Özümlə müqayisədə bazarda gül satandan, nazirlikdən sənət hazırlayandan, mətbəxtdə yemək bişirəndən və ya səhnədə oxuyan xanımdan heç bir fərq görmürəm. Çünki mən də bu ölkənin vətəndaşıyam. Elə buna görə də çoxlu tamaşaçı sevgisi qazanmışam".
Qeyd edək ki, Ulvira Qarayeva ANS telekanalında "Toy olsun" və "İkinci həyat" kimi verilişlərin aparıcısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB