Ermənilər Ədalət Şükürovun repertuarına hücum ediblər

Ermənilər Ədalət Şükürovun repertuarına hücum ediblər

Ermənilər Azərbaycan mahnısını oğurlamağa davam edirlər. SİA-nın məlumatına görə, onların bu dəfəki hədəfi əməkdar artist Ədalət Şükürovun "Serenado" mahnısı olub. Bədxaq qonşularımızın müğənnisi Aram Asatryan sözügedən mahnının adını dəyişərək "Havata" edib və eyni musiqi ilə erməni dilində səsləndirib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən əməkdar artist bu kimi hallarla dəfərlə qarşılaşdığını deyib: "Bunun qarşısını necə almaq olar, bilmirəm! Deyirsən oxuma, yenə də öz bildiklərini edirlər. Aram Asatryan mənim "Ay qız keçmə bizim məhlədən" adlı mahnımı da oxuyub. "Serenado" mahnısı hətta gürcü dilində də ifa olunub. Bütün səsyazmalar mənim arxivimdədir".

Ədalət Şükürov onu da əlavə etdi ki, mahnının müəlliflik hüququ bütünlüklə ona məxsusdur: "Mən bu mahnını 2003-cü ildə yazdırmışam. Bu mənim mahnımdır. Müəlliflik hüququ da mənə məxsusdur. Əgər belə məsələlərlə bağlı aidiyyatı qurum olsa, mən mütləq müraciət edərəm və belə məsələlərin aradan qaldırılması üçün əlimdən gələni əsirgəmərəm. Ermənilər hər zaman bizim musiqimizi mənimsəməyə çalışıblar".

Onu da bildirək ki, mahnı Aram Asatryan tərəfindən illər öncə səslənməyə başlayıb.

Sonda sübut üçün hər iki müğənninin ifasını nümayiş edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə