Məşhur müğənni: “Bu işdə sıfırların sayı çoxdur”

Məşhur müğənni: “Bu işdə sıfırların sayı çoxdur”

"İstanbulda çəkdirdiyim növbəti klipin ərsəyə gəlməsində sıfırların sayı çoxdur! Amma bu klip mənə söz verdiyim kimi, sponsorlar tərəfindən hədiyyə olunub". Bu sözləri SİA-ya tanınmış müğənni və aparıcı Elnarə Xəlilova deyib.

Onun sözlərinə görə, sentyabrın ilk həftəsi Türkiyənin İstanbul şəhərində sözləri və musiqisi Günel Sərdarqızına məxsus olan "Ha-Ha" adlı mahnıya klip çəkilib. Mix-master və aranjemançı Yaşar Baxış, rejissor isə Mustafa Sarıkayadır.

Klipdə çəkilmək üçün Türkiyədən aktrisa Yağmur Çil də dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə