Azərbaycanlı Stiv Uanderin fərqli doğum günü

Azərbaycanlı Stiv Uanderin fərqli doğum günü

Bu gün azərbaycanlı müğənni Murad Sadıx 22 yaşını qeyd edir. SİA-nın məlumatına görə, ifaçı ad günü mərasimini fərqli şəkildə düzənləyib.

Murad ən doğma insanlarını evinə dəvət edib. "Home party" adlı ad günündə şou-biznes nümayəndələri və Muradın sayıb-seçdiyi jurnalistlər iştirak edəcək.

Xatırladaq ki, azərbaycanlı Stiv Uander kimi təqdim olunan Murad fiziki qüsürlu olmasına baxmayaraq, daima öz üzərində çalışan və yenilik edən ifaçılardandır.

Təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə