Azəbaycanlı müğənni evlənir

Bu gün "II Respublika Muğam Müsabiqəsi"nin iştirakçısı, azərbaycanlı xanəndə Abgül Mirzəyev subaylığın daşını atır. SİA-nın məlumatına görə, xanəndə sevib-seçdiyi xanımla ailə həyatı qurur.

Məlumat üçün bildirək ki, Milli Konservatoriyanının sonuncu kursunda təhsil alan Abgül xalq artisti Zabit Nəbizadənin tələbəsidir. Xanəndə bir çox beynəlxalq müsabiqələrdə vətənimizi layiqincə təmsil edib.

Allah xoşbəxt etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə