Zamiqi formada saxlayan səbəb

Azərbaycanın tanınmış müğənnisi, estrada ulduzu Zamiq Hüseynovun hobbisi məlum olub. SİA-ya açıqlama verən ifaçı idmanı sevdiyini deyib: "Demək olar ki, hər gün idmanla məşğul oluram. Bu, artıq adət halını alıb. İdman etməyəndə darıxıram. Başlayanda isə saatların necə keçdiyindən xəbərim olmur. İdmana çox bağlıyam".

Müğənni idmanla ancaq sevdiyi üçün məşğul olmur: "Mən səhnədəyəm. Diqqət mərkəzində oluram. Bunun üçün idmanla məşğul olmağı vacib sayıram. İdman həm sağlamlığa yaxşı təsir edir, həm də formada qalmağıma kömək olur".

Onu da bildirək ki, Zamiq bu yaxınlarda futbol klublarının birinə dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə