Şou-biznesin iki tanınmış siması Nura Suri və Zamiq Hüseynov eyni səhnəni bolüşdülər. SİA-nın məlumatına görə, məkanların birində çıxış edən ifaçılar yarım saatlıq proqramla qonaqları əyləndirdilər. Nura Suri işıq üzü görən albomdaki mahnıları ilə yanaşı, yeni musiqilərini də ifa etdi. O, Minayə xanım, Muxtar Abseynov və İsa Məlikov kimi bəstəkarlardan aldığı mahnıları ilə qonaqları sevindirdi.
Konsert zamanı Nuranın geyimi də gözdən qaçmadı. Belə ki, ifaçı Gürcüstan və Rusiyanın məşhur modelyeri olan Bessarionun hədiyyə etdiyi geyimdə idi. Bessarionla yaxın dostluq münasibətində olan Nura elə onun dəvəti ilə Moskvada keçirilən moda həftəsinə qatılıb.
Zamiq də öz növbəsində dəbli geyimdə idi. Müğənni qara rəngə üstünlük verdiyini bir daha nümayiş etdirdi. İfaçı son almobunda yer alan ən məşhur mahnılarını qonaqlar üçün səsləndirib.
Sonda hər iki müğənni mərasimin təşkilatçılığından söz açdılar. Nura ilə Zamiq mərasimdən razı getdilər. İfaları üçün danışılan məbləğ ödənildikdən sonra səhnəyə yol alan müğənnilər konsert proqramının qüsursuz keçdiyini də açıqladılar.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB