Bir neçə saat öncə yeni "Möcüzə" adlı klipini media nümayəndələrinə təqdim edən müğənni Murad Sadıx maraqlı və iddialı açıqlama edib. SİA-nın məlumatına görə, fiziki qüsürlu ifaçı özünü tam sağlam hiss edir və yalnız müsbət əhval-ruhiyyəyə köklənir: "Həyatı sevən biriyəm. Qüsürlü olduğum üçün oturub ağlasam, daha da pis olaram. Mən əlil deyiləm. Mən bəlkə də möcüzəyəm. Ünvanıma "əlil" deyə səslənənlərə isə bir cavabım var: "Əlil özünüzsünüz". Allaha şükürlər olsun ki, mənə heç nə olmayıb. Hazırda da qarşınızda oturmuşam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB