Məşhur müğənninin 2 min manatlıq libası

"Ayaqqabı ilə çantaya isə 3 minə yaxın pul vermişəm”.
Məşhur müğənninin 2 min manatlıq libası

Məşhur müğənni Roza Zərgərli əkiz bacılar olan Sevil və Sevinc Səfərovanın klip təqdimatına qatılan zaman görünüşü ilə hər kəsi valeh edib. Müğənninin uzun libası və fərqli saç düzümü göz oxşayırdı.

SİA-nın fotokamerasının qarşısına çıxan Roza eksklüziv açıqlamasında libasının qiymətini də dilə gətirdi: "Düzdür, mən qiymət açıqlamağı sevmirəm. Çünki bəzi oxucularımız bunu pis anlayır. Amma jurnaslistlər müraciət edərkən, heç nə gizlədə bilmirəm. Həm libasım həm də ayaqqabı ilə çantam xaricdən alınıb. Libasımın qiyməti 2 min manatdır. Ayaqqabı ilə çantaya isə 3 minə yaxın pul vermişəm".

Roza sevənlərə məlumdur ki, o əksər hallarda saçlarını yığmaqdan imtina edir. Müğənni sadə saç düzümlərinə daha çox üstünlük verir. Ancaq bu dəfə onu tam fərqli obrazda gördük. Bu isə stilist Anar Ağakişiyevin əl işi idi: "Bəlkə də kimlərinsə xoşuna gəlməyə bilər. Amma mənim fikrimcə, saç düzümüm libasıma çox uyğun idi. Mən Anara müraciət edərkən, öncə libasımı göstərirəm. O da öz işinin peşəkarıdır. Libasa uyğun saç düzümü və makiyaj edir. Bundan sonra isə daha gözəçarpan görünüşdə olacam. Sadəlikdən bir az yan keçəcəm".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə